Azərbaycan Prezidenti: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”
“Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir
hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində
biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”.
AZƏRTAC
xəbər verir ki, bunu Prezidentİlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq
Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.
“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim
fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün
biz bunların hamısını nümayiş etdiririk”, – deyə dövlətimizin başçısı əlavə
edib.