247e1c0e-d76e-4687-8bac-474d2812e82b..jpg

Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”

Baxış sayı: 515 dəfə baxılıb.

Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən
enerji mənbələrinə ehtiyac duyacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm
ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə
ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük
olardı”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA
Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda
beynəlxalq forumda çıxışında deyib.

Dünyanın bunun üçün hazır olmadığını vurğulayan dövlətimizin başçısı bildirib:

“Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna
bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu
ilə getməkdir”.

Source link