02cf80ae-7fe0-461e-956e-68a9cc50753a..jpg

Azərbaycan Prezidenti: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər”

Baxış sayı: 507 dəfə baxılıb.

Azərbaycan Prezidenti: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini
qoruyub saxlaya bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş
etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər”.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev dekabrın 6-da ADA
Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və
çətinliklər” mövzusunda beynəlxalq forumda söyləyib.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab
edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər
böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq?
Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı
olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının,
ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini
bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, – deyə dövlətimizin başçısı əlavə
edib.

Source link