Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.
Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir:
“Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik”.