2464d810-9772-4cc8-be16-84330b05b35a..jpg

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

Baxış sayı: 866 dəfə baxılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.

AZƏRTAC

xəbər verir ki, Prezidentİlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana
səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə
edildi. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə
sahəsində təcrübəyə malik olduğu bildirildi.

Dövlətimizin başçısı otuz illik işğal dövründə Ermənistanın Azərbaycan
ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan – hərbi
əməliyyatların başa çatmasından bu günəddək 300-ə yaxın Azərbaycan vətəndaşının
mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edildi. Hazırda
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı
minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirildi. Xorvatiya ilə bu
sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla
bağlı müxtəlif avadanlıqların alındığı vurğulandı. Minatəmizləmə sahəsində
əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edildi.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı
vurğulandı. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri
çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.

Source link