Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə
təkbətək görüşü olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti
İlham ƏliyevinBolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək
görüşü olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və
strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq
ifadə edilib.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan
dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırıblar.
Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu
layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın
genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə
verdiyi töhfə baxımından önəmi bir daha qeyd edilib.
Dövlətimizin başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.