790cfb2e-a572-495b-8520-9d0085656e3f..jpg

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Baxış sayı: 749 dəfə baxılıb.

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə
Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

AZƏRTAC

xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla
inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində “Mustafa
Kamal Atatürk – 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin
keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş
etdirilməsindən məmnunluq ifadə olundu.

Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin ulu öndər Heydər
Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını
vurğuladı.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi
görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq,
bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Naxçıvana səfərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri
nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edildi.

Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o
cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi
bildirildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Source link