Azərbaycan Prezidentinin köməkçisi İranın ölkəmizdəki səfiri ilə görüşüb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalında məlumat
verilib.
Bildirilir ki, görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş
verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri
müzakirə edilib.
Görüşdə İsrail-Fələstin münaqişəsi, habelə İslam ölkələri arasında qarşılıqlı
əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.