Azərbaycan qərənfilləri Rusiyaya buraxılmadı

Azərbaycan qərənfilləri Rusiyaya buraxılmadı

Baxış sayı: 2. 356 dəfə baxılıb.

“Rosselxoznadzor”un Dağıstan Respublikasındakı idarəsinin dövlət müfəttişləri qərənfilkimilər fəsiləsindən olan 600 gülün Rusiya Federasiyası ərazisinə keçirilməsinə icazə verməyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, güllər martın 6-da  RF-nin Dağıstandakı “Yaraq-Qazmalar” dövlət sərhəd-buraxılış məntəqəsində Azərbaycandan gəlmiş sərnişinin yükünün karantin fitosanitar yoxlama proseduru zamanı aşkarlanıb.

Fitosanitar tələblərin və “bitkilərin karantini haqqında” federal qanunun tələblərinin pozulmasına görə, qurum yükün ixrac edən ölkəyə qaytarılmasına qərar verib.

Malın sahibi Rusiya Federasiyasının İnzibati Xətalar məcəlləsinin 10.2-ci maddəsi (karantində olan məhsulların ölkədə daxil edilməsi və ölkədən çıxarılması qaydalarının pozulması) üzrə inzibati məsuliyyətə cəlb edilib.

.
www.ÇıxışYolu.Com