Azərbaycan qadınlarını Dubayda satan şəxsə şərti cəza verildi

Azərbaycan qadınlarını Dubayda satan şəxsə şərti cəza verildi

Baxış sayı: 2. 127 dəfə baxılıb.

Azərbaycan qadınlarını Dubayda satan şəxsə şərti cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, A.Əhmədovaya şərti cəza verilib. 

İttihama görə, A.Əhmədova Səbinə Məmmədovanı (ad, soyadı şərti) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, cinsi istismara məruz qoyub.

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib. A.Əhmədova həmçinin İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Bu il isə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!