Azərbaycan qadınlarını Türkiyədə satan hakim qarşısında

Azərbaycan qadınlarını Türkiyədə satan hakim qarşısında

Baxış sayı: 2. 712 dəfə baxılıb.

Azərbaycan qadınlarını Türkiyədə satan hakim qarşısında

Azərbaycanlı qadınları xarici ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Gülnar Alıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı dekabrın 13-nə təyin edilib. 

Qeyd edək ki, Gülnar Alıyevaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə üç zərərçəkən qadın tanınıb. Onlar Gülnar Alıyeva tərəfindən Türkiyədə cinsi istismara məruz qaldıqlarını iddia edirlər. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.