Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında banklar sahəsində əməkdaşlıq
müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında banklar sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X”
səhifəsində paylaşımlar edib.
“İşgüzar səfərimin ilk günündə Qazaxıstan Milli Bankının sədri Timur
Suleymenovla görüşdük. Görüş zamanı cənab sədr ilə rəhbərlik etdiyimiz qurumlar
arasında cari əməkdaşlıq sahələri, qlobal mühitdə bankların üzləşdiyi
çağırışlar, eləcə də əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Növbəti
görüşümüz Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə keçirildi.
Görüş zamanı qurumlarımız arasında əməkdaşlığımız genişləndirilməsi imkanlarını
nəzərdən keçirdik”, – paylaşımlarda deyilir.
Qeyd edək ki, T.Kazımov sabah “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə
iştirak edəcək. Tədbiri Qazaxıstan Milli Bankının himayəsi altında Qazaxıstan
Maliyyəçilər Assosiasiyası ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və
İnkişafı Agentliyi təşkil edir. Konqres zamanı “Digital Tenge” layihəsinin
icrası ilə bağlı təqdimat keçiriləcək.
Növbəti görüşümüz Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə
keçirildi.
Görüş zamanı qurumlarımız arasında əməkdaşlığımız genişləndirilməsi
imkanlarını nəzərdən keçirdik.
During our next meeting with Mr. Kubanychbek Bokontayev, Governor of the
National Bank of…pic.twitter.com/1kRtwoG9n5
— Taleh Kazimov (@TalehKazimov_T) November 14, 2023