6d019653-0f5f-4f7e-9e94-446a23e55d50..jpg

Azərbaycan QHT-si ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsini hazırlamağa başlayıb

Baxış sayı: 645 dəfə baxılıb.

Azərbaycan QHT-si ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsini
hazırlamağa başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ildə ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsi buraxılacaq və
bununla bütün dünyaya bu müəssisələrin regionun ekologiyası üçün necə böyük
təhlükə törətdiyi əyani şəkildə nümayiş olunacaq”.

Bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov
açıqlayıb.

O bildirib ki, layihə rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının (QHT) ilk
işi olacaq:

“40 ilə yaxındır ki, peşəkar kartoqrafiya işi ilə məşğulam. Bu ilin yayında
Prezidentİlham Əliyev keçirdiyi müşavirədə Ermənistanın dağ-mədən sənayesi
müəssisələrinin bölgənin ekoloji mühiti üçün yaratdığı təhlükəni ətraflı
şəkildə izah etdi və bunu dünyaya çatdırmağın vacibliyi haqqında danışdı. Bu
ideya da həmin çıxışdan sonra yarandı. Bu xəritəni hazırlamaq üçün bütün gücümü
ortaya qoymuşam”.

Hazırda xəritə üzərində ciddi iş aparıldığını deyən sədr vurğulayıb ki, xəritə
üç dildə – Azərbaycan, ingilis və erməni dillərində nəşr olunacaq və bütün
adlar Azərbaycanın milli toponim, oronim və hidronimləri ilə veriləcək:

“2024-cü il COP29 ilidir, biz bu xəritəni Azərbaycana gələn xarici QHT-lərə də
təqdim edəcəyik ki, onlara Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin
Cənubi Qafqazın ekologiyası üçün yaratdığı təhlükə daha aydın olsun. Biz
araşdırdıq, Ermənistan özü də belə bir xəritə nəşr etməyib. Görünür,
müəssisələrin harada yerləşməsini beynəlxalq ictimaiyyətdən gizlətməyə
çalışırlar. Düşünürəm ki, bu müəssisələrin yeri ilə Ermənistan cəmiyyəti də
xəritə üzərində tanış olanda bir çox məsələlərin üstü açılacaq. Biz bütün
məlumatları toplamışıq, Ermənistan QHT-ləri də son illər ölkələrindəki
dağ-mədən sənayesinin heç bir ekoloji normaları gözləməyən fəaliyyəti ilə
əlaqədar həyəcan təbili çalırlar. Bu xəritə onlar üçün də maraqlı olacaq”, –
QHT rəhbəri əlavə edib.

M.Bayramov əlavə edib ki, “Azərbaycan Kartoqrafları” İctimai Birliyi
xəritələrə ən çox ehtiyac duyulan sahələrlə bağlı sistemli iş aparacaq,
ictimaiyyət yeni xəritələrlə tanış olacaq.

Source link