ae4b21f1-b7c7-4339-857e-0126d6e77e9c..jpg

Azərbaycan qış turizminə hazırlaşır – VİDEO

Baxış sayı: 515 dəfə baxılıb.

Azərbaycan qış turizminə hazırlaşır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qış turizminə hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, qış turizmi ilə bağlı ölkəmizə daha çox MDB-yə
üzv dövlətlərdən və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar.

Hazırda “Şahdağ” Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və Naxçıvan
Muxtar Respublikasında yerləşən Ağbulaq İstirahət Mərkəzində qış hazırlıqlarına
başlanılıb.

Dövlət Turizm Agentliyinin Media və İctimaiyyətlə əlaqələr sektorunun müdiri
Gülnar Mustafayevanın sözlərinə görə, ilin sonuna qədər Azərbaycana iki milyona
yaxın xarici ziyarətçinin gəlişi gözlənilir.

Bu arada Kəlbəcər və Laçın rayonlarında turizminin mümkün potensialını nəzərə
alaraq həmin ərazilərdə qış turizm mərkəzlərinin yaradılması planlaşdırılır.

Həmçinin vurğulanıb ki hazırda mart ayından etibarən Şuşaya təşkil olunan
turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış
kəndinə turistik turların təşkil edilməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link