Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin namizədliyini dəstəkləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Qızıl Aypara Cəmiyyəti gələn il fevralın 7-də keçiriləcək
növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi
İlham Əliyevi dəstəkləyəcəyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AzQAC) icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində
hesabat tədbirində çıxışı zamanı məlumat verib.