66994931-6249-4b4d-8592-0816ade2419c..jpg

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: “Türkiyəyə 140 min manatlıq yardım göndərilib”

Baxış sayı: 805 dəfə baxılıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: “Türkiyəyə 140 min manatlıq yardım
göndərilib”

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş
şəxslərə dəstək məqsədilə dörd günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140
105 min manat) vəsait göndərib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat
yayıb.

Məlumatda qeyd olunur ki, “#SəninləyəmTürkiyəm” adlı yardım kampaniyası davam
edir və vətəndaşlar yardım ianələrini aşağıdakı formalarda göndərə bilərlər.

Onlayn ianə: https://yardim.et/az/donations/bank/online

SMS ianəsi: “Azercell” abunəçiləri 8116 nömrəsinə ianə etmək istədikləri
məbləği yazaraq SMS vasitəsilə ianə edə bilərlər.

Onlayn cüzdan: http://hesab.az

Ödəmə terminalları: “Milliön”, “eManat”

Source link