2d23f381-8ab2-478b-89b1-6a9222d3b8f7..jpg

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi un dolu TIR-lar 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Baxış sayı: 579 dəfə baxılıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi un dolu TIR-lar 12 gündür
Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli
şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12
gündür Ağdam-Xankəndi yolunda gözləyir.

“Report”un Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan TIR-lar
avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya
sülhməramlılarının postu qarşısında gözləyir.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri
yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən
Rusiya sülhməramlılarına təqdim ediblər.

Onlar bildirirlər ki, artıq on iki gündür Ağdam-Xankəndi yolunda gözləyirlər
və danışıqlar davam edir. Qeyd edirlər ki, gətirdikləri ərzaq yükləri
Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam
etdirilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən
Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan
humanitar yardım yola salınıb.

Source link