Fanatlar onlayn-səsvermə yolu ilə “Formula 1”in Azərbaycan Qran-prisini 2018-ci il mövsümündə ən yaxşı seçiblər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə informasiya yarışların Twitter-dəki rəsmi akkauntunda yerləşdirilib.
Səs verənlərin 62%-i Azərbaycan Qran-prisini, yerdə qalan 38% isə Böyük Britaniya Qran-prisini seçiblər.
Səsvermədə 11 min 26 nəfər iştirak edib.