8b8fb60b-f31d-40ce-91c6-443f4a13e3b0..jpg

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib – FOTO

Baxış sayı: 526 dəfə baxılıb.

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən
Bakı Marşal Klubu (BMK) bu il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan
Qran-prisinin marşal qeydiyyatı proqramına start verib.

BŞH-dən verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən
çox olan hər kəs marşal proqramına qoşula bilər.

“Formula-1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan
Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA)
tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq.

Beynəlxalq lisenziya marşallara təkcə Azərbaycanda deyil, “Formula-1” üzrə
Qran-pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə
keçiriləcək turnirlərə qatılmaq hüququ verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.

Source link