Altı pilot yarışmanı dayandırdı – YENİLƏNİB – FOTO + VİDEO

Altı pilot yarışmanı dayandırdı – YENİLƏNİB – FOTO + VİDEO

Baxış sayı: 3. 453 dəfə baxılıb.

“Formula 1” üzrə Azərbaycan Qran-prisində daha iki qəza baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, Daniel Rikkardo Maks Ferstappeni (hər ikisi Red Bull) ötmək istəyərkən bir birinə toqquşublar.

Maks bir neçə dəfə düz yolda istiqamətini dəyişib, sürətini azalamaq istəyərkən, arxadan on komanda yoldaşı çırpılıb.

Toqquşma nəticəsində Red Bull komandasının hər iki pilotu yarışmanı tərk edib.

Daha bir qəzaya Romen Qrojan (Haas) düşüb. O, divara çırpılıb. Qrojan həmçinin yarışı tərk edib.

Qeyd edək ki, bununla da yarışı tərk edən pilotların sayı altıya çatıb: Daniel Rikkardo (Red Bull), Maks Ferstappen (Red Bull), Esteban Okon (Force İndia), Sergey Sirotkin (Williams), Niko Hülkenberq (Renault),  Romen Qrojan (Haas).

Xatırladaq ki, Daniel Rikkardo (Red Bull) “Formula 1” üzrə Azərbaycan Qran-prisində keçən ilin qalib gəlmişdi.

16.29

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin ilk dövrəsində qəza baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, yarışın ilk dəqiqələrində Kimi Raykkonen (“Ferrari”), Esteban Okon (“Force İndia”), Sergey Sirotkin ( “Williams”) və Fernando Alonso (“McLaren”) qəzaya düşüb.

Qəza nəticəsində Esteban Okon və Sergey Sirotkinin bolidi sıradan çıxıb. Nəticədə onlar yarışı tərk edib.

www.ÇıxışYolu.Com