a7c6f507-8185-4261-9636-f23840819e24..jpg

Azərbaycan reqbisi tarixində ilk yaşandı – FOTO

Baxış sayı: 572 dəfə baxılıb.

Azərbaycan reqbisi tarixində ilk yaşandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 28-də Gürcüstanın Lentexi vilayətində “Rugby World Georgia” və
Gürcüstan Reqbi Birliyinin təşkil etdiyi beynəlxalq reqbi festivalı keçirilib.

Cixisyolu.com xəbər verir ki, ölkəmizi yarışda “Qarabağ” klubunun yeniyetmələrdən
ibarət komandası təmsil edib.

Komandamız qrup mərhələsində “Xaşuri” kollektivinə 15:0, “Amaranti”nə 25:0 və
“Kobuleti”yə 20:0 hesabı ilə qalib gələrək maksimal göstərici ilə qrupda
birinci yeri tutub.

1/4 final mərhələsində “Lentexi” komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi
yarımfinalda “Raşebi”yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərindən
olan “Feniks” komandasına əlavə olunan vaxtda qızıl xal ilə 5:10 hesabı ilə
məğlub olub, 12 komanda arasında 4-cü yeri tutdu. Festivalın ən yaxşı oyunçusu
adını “Qarabağ”lı Nuran Novruzlu qazandı.

Klubun təsisçisi Eldar Kərimov yarış haqda fikirləri ilə bölüşdü:

“Azərbaycan reqbisi tarixində belə bir nəticə olmamışdı. Ötən Gürcüstan
yarışlarında biz maksimum 2 oyun udub nəticədə 12 komanda arasında 10-cu yeri
tuta bilmişdik. Budəfəki nəticə bizim düz istiqamətdə çalışdığımızı göstərir və
növbəti yarışlarda komandamız daha da yaxşı çıxış edəcək. Bir müddət əvvəl
klubun prezidenti vəzifəsinə Röyal Süleymanov təyin olunub və bu nəticə həm də
onun komandanın hazırlığı üçün yaratdığı şəraitin bəhrəsidir. Daha bir məqamı
diqqətinizə çatdırmaq istərdim ki digər yarımfinalda məğlub olan komanda 3-cü
yer uğrunda oyuna çıxmaqdan imtina edirdi və təşkilatçılar 3-cü yeri bizə
verməyi qərara gəldilər lakin “Qarabağ” komandası adına layiq hərəkət etdi və
həm “Feniks” komandasına, həm təşkilatçılara müraciət edərək oyunun baş
tutmasını təkidlə xahiş etdi. Nəticədə həmin görüşü məğlub tərk etsək də
zənnimcə, ölkəmizi daha yaxşı tərəfdən təmsil etmiş olduq və bir daha reqbi
ruhunu qorumaqla hamının alqışını qazandıq”.

Qeyd edək ki, reqbiçilərimiz oktyabrın 30-u saat 00:10-da Bakıya dönəcəklər.

Source link