Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi
təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı və
qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin
aparılmasına dair plan təsdiq edilib.
İclasda, eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun
2021-ci il 8 oktyabr tarixli qərarı ilə “Həbs və ev dustaqlığı qətimkan
tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında”
Plenumun 2009-cu il 3 noyabr tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin
fəaliyyətinin monitorinqinin nəticələri müzakirə edilərək, təsdiq edilib.
Plenumda, həmçinin konkret işlərə baxılıb.