e3c2e32f-68c6-4706-a644-48092363df3d..jpg

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun ilk iclası keçirilib – FOTO

Baxış sayı: 639 dəfə baxılıb.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun
ilk iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan
Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun
hibrid formatda ilk iclası keçirilib. İşçi qrup Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb.

Cixisyolu.com xəbər verir ki, iclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal
Şıxəliyev, işçi qrupun rəhbərliyi, İqtisadiyyat, Maliyyə və Ədliyyə
nazirlikləri, Bakı Apellyasiya Məhkəməsi və digər dövlət orqanlarının
(qurumlarının) məsul şəxsləri, universitetlərin, hüquq şirkətlərinin və
qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də vəkillər və mülki hüquq
sahəsinin ekspertləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev
bildirib ki, ölkəmizdə iqtisadi sahədə münasibətləri, o cümlədən biznes
fəaliyyətini tənzimləyən başlıca və ən əsas qanunvericilik aktı olan Azərbaycan
Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi ölkədə biznes mühitinin və
bir sıra beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin
yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Daha sonra iclasa rəhbərlik edən işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov
Azərbaycan Respublikası Mülki Məcəlləsinin müasir dövrün tələblərinə
uyğunlaşdırılmasının, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla
təkmilləşdirilməsinin ölkəmizdə biznes və investisiya mühitinin
əlverişliliyinin artırılması və bu sahədə mütərəqqi tənzimləmənin təmin
edilməsi istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb.

İclasın gedişatında iştirakçılar tərəfindən işçi qrupun 2024-cü il üzrə
Fəaliyyət Planı müzakirə edilib və həmin ildə ilkin olaraq Azərbaycan
Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi üzrə konsepsiya sənədi
hazırlanıb.

Source link