Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Bişkekdə görüşü keçirilə
bilər
“Moskva 12 oktyabrda Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkek sammiti
çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir”.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mətbuata
açıqlamasında deyib.
O bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında həll olunmalı
məsələlərlə bağlı dialoq prosesini heç vaxt dayandırmayıb.
“Azərbaycan tərəfi artıq prinsipial razılığını verib. Biz gözləyirik ki,
Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda
iştirak etməyə razı olacaq”, – deyə Mixail Qaluzin vurğulayıb.
Mənbə: RBK