1d0d0b5c-7950-4bcc-8704-d4bfe4ca3eea..jpg

Azərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib

Baxış sayı: 615 dəfə baxılıb.

Azərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti
partiyasını tədarük edib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti
(“Rosselxoznadzor”) məlumat yayıb.

“Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36
ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya
sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub.

Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının
keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.

“Yanvarın 27-nə Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd yeməli yumurta idxal
edilib”, – qurum açıqlayıb.

Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına ərzaq yumurtası
ixracına başlayıb.

Source link