e7b550a8-c920-4506-a2fe-259779f3a882..jpg

Azərbaycan səfiri ABŞ komissiyasının fəaliyyətindəki siyasi korrupsiyanı dəlillərlə ifşa edib – FOTO

Baxış sayı: 947 dəfə baxılıb.

Azərbaycan səfiri ABŞ komissiyasının fəaliyyətindəki siyasi korrupsiyanı
dəlillərlə ifşa edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş
Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı
qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi
korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm
zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi
korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-də dini tolerantlığın
pisləşməsi fonunda köməyimizi təklif etdim”, – deyə səfir vurğulayıb.

During my meeting with @USCIRF
Commissioners yesterday, I presented clear evidence of their works being a
product of Crusader mentality, Islamophobia & political corruption.

Also, in my recent letter to them, I offered our help to promote
deteriorating religious tolerance in…https://t.co/ILjEjdzmEw

— Khazar Ibrahim (@hazar_khazar) December 5, 2023

Source link