Azərbaycan səfiri Danimarka Kraliçasının təşkil etdiyi qəbulda iştirak edib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri
Zaur Əhmədov Danimarka Kraliçası II Marqrete tərəfindən bu ölkədə akkreditə
olunmuş səfirlər üçün keçirilən Yeni il qəbulunda iştirak edib.
Bu barədə azərbaycanlı diplomat “X” hesabında paylaşım edib.
Kristiansborq Sarayında keçirilən qəbul zamanı səfir Zaur Əhmədov Kraliçaya və
Vəliəhd Şahzadə Fredrikə Yeni il təbriklərini çatdırıb.
“Mən Ülyahəzrət Kraliçanın Kopenhagendəki Kristiansborq sarayında keçirilən
Yeni il qəbulunda iştirak etməkdən, Ülyahəzrət Kraliçaya və Danimarkanın
Vəliəhd Şahzadəsinə xoş arzularımı çatdırmaqdan şərəf duyuram”,- o yazıb.
Xatırladaq ki, Kraliça II Marqrete Yeni il müraciəti zamanı 52 illik
hakimiyyətdən sonra 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcəyini elan
etmişdi.
Honoured to attend Her Majesty the Queen’s New Year Reception at
Christiansborg Palace in Copenhagen 🇩🇰 and extend best wishes to Her Majesty
the Queen and Their Royal Highnesses the Crown Prince and the Crown Princess of
Denmark.pic.twitter.com/CJOELcpJJ1
— Zaur Ahmadov (@z_ahmadov) January 4, 2024