Azərbaycan səfiri nüfuzlu beynəlxalq mükafatla təltif olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim nüfuzlu
“Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.
Cixisyolu.com xəbər verir ki, “Martin Lüter Kinqin Həyatını və İrsini Beynəlxalq
Salamlama” adı altında keçirilən tədbirdə çıxış edən səfir X.İbrahim Martin
Lüter Kinqin irsinin yalnız ABŞ-də deyil, eləcə də dünyanın hər yerində bu gün
də təbliğ olunduğunu qeyd edib.
Səfir mərhum siyasətçinin dünyadakı hər kəsin ümumi dəyəri olduğunu, onun
fikirlərinin və fəaliyyətinin bütün dünyanı dəyişdirdiyini bildirib.
Diplomat Azərbaycan tarixində heç bir zaman insanlar arasında irqi və dini
ayrı-seçkiliyin olmadığını vurğulayıb.
Tədbirdə Martin Lüter Kinqin həyatına və irsinə həsr olunmuş bir sıra
kateqoriyalar üzrə mükafatlar təqdim olunub.
Tədbirə sədrlik edən Azərbaycanın ABŞ-də səfiri X.İbrahim nüfuzlu “Martin
Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.
Qeyd edək ki, M.L.Kinq Diplomatiya və Beynəlxalq Xidmət mükafatı bundan öncə
ABŞ dövlət katibinə, ABŞ səfirlərinə, ABŞ-də fəaliyyət göstərən Almaniya,
İsrail, Pakistan, Bəhreyn və digər səfirlərə, konqresmenlərə və senatorlara,
Cənubi Afrikanın vitse-prezidentinə həmçinin, Amerika Dövlətləri Təşkilatının
baş katibinə təqdim olunub.