32d907d9-b7f3-493b-9acd-c2370c517f5e..jpg

Azərbaycan səfirliyi: “Birgə səylərlə Bakı – Təl-Əviv əlaqələrini daha da dərinləşdirəcəyik” – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

Azərbaycan səfirliyi: “Birgə səylərlə Bakı – Təl-Əviv əlaqələrini daha da
dərinləşdirəcəyik” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birgə səylərlə Azərbaycan və İsrail arasındakı çoxşaxəli əməkdaşlığı
gücləndirəcək və əlaqələri daha da dərinləşdirəcəyik”.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyinin Azərbaycan və İsrail arasında
diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü ilə bağlı paylaşımında
qeyd olunub.

“1992-ci il aprelin 7-də Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələr
qurulub. Bu 32 il ərzində biz bütün sahələrdə əməkdaşlığın daha da inkişaf
etdirilməsi və xalqlarımız arasında möhkəm əlaqələrin qorunub saxlanılmasında
mühüm nailiyyətlər əldə etmişik. İnanırıq ki, birgə səylərlə mövcud çoxşaxəli
əməkdaşlığı gücləndirəcək və əlaqələrimizi daha da dərinləşdirəcəyik”, –
paylaşımda yazılıb.

Xatırladaq ki, daha öncə İsrailin Azərbaycandakı səfiri Corc Dik Bakı –
Təl-Əviv diplomatik əlaqələrinin qurulmasının ildönümü ilə bağlı paylaşım
etmişdi.

Qeyd edək ki, 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini
rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə
ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti
Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə
2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə
başlayıb.

On April 7th, 1992 diplomatic relations between Azerbaijan and Israel were
established. Throughout these 32 years we have made remarkable achievements in
furthering cooperation in all fields and maintaining strong ties between our
people. We believe that with joint efforts we…pic.twitter.com/cwyEI2iDGj

— Embassy of Azerbaijan to Israel (@AzEmbTelAviv) April 7, 2024

Source link