Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

Baxış sayı: 2. 439 dəfə baxılıb.

Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəyyənləşdiril­ib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.