d2e1a9ac-1f96-4d34-a4c4-af32da0041bf..jpg

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilərə və yerli bələdçiyə hökm oxunub

Baxış sayı: 622 dəfə baxılıb.

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilərə və yerli bələdçiyə hökm
oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 6-da saat 01:08-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan
istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Nepal və iki Şri-Lanka
vətəndaşına, eləcə də onlara kömək etməkdə təqsirləndirilən Azərbaycan
vətəndaşı Nadir Hüseynova hökm oxunub.

“Report” xəbər verir ki, hökm Ağstafa Rayon Məhkəməsində hakim Zamiq Rəsulovun
sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Belə ki, onlardan 3 nəfər, eləcə də Azərbaycan vətəndaşı Nadir Hüseynov 7 ay
müddətinə, bir nəfər isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz
yolla Gürcüstana keçməyə cəhd ediblər. Azərbaycan vətəndaşı Bakı şəhər sakini –
1984-cü il təvəllüdlü Nadir Hidayət oğlu Hüseynov onlara qanunsuz əməlləri
törətməkdə kömək edib.

Qeyd edək ki, sərhəd pozuntusu bu il aprelin 6-da Şəmkir rayonunda qeydə
alınıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 32.5 (qaçaqmalçılığa köməklik etmə), 318.2
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham
irəli sürülüb.

Source link