af6a9508-4274-4cc3-9b3e-0f73bf7cf5e4..jpg

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib – FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İclasda işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əməkdaşlıq
və əlaqələrin genişləndirilməsi, iş adamlarının iştirakı ilə birgə
təşəbbüslərin və layihələrin reallaşdırılması müzakirə edilib.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar
Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar
Şurasının 4-cü iclası keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, İşgüzar Şuranın
həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi
International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əd
Daxilin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı
direktoru Yusif Abdullayevin iştirak etdiyi iclasda hər iki ölkənin biznes,
investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş
ərazilərimizdə biznes və sərmayə qoyuluşu imkanları, işgüzar dairələr arasında
ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin
genişləndirilməsi perspektivləri, iş adamlarının iştirakı ilə birgə
təşəbbüslərin və layihələrin reallaşdırılması, bu istiqamətlərdə
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi,
qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına
dair fikir mübadiləsi aparılıb.

İşgüzar Şuranın iclası çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini
Elnur Əliyev Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının sədri Hasan
Moejeb Alhvaizi ilə görüşüb. Görüşdə biznes dairələri arasında əməkdaşlıq,
qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi
müzakirə olunub.

Source link