Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

Baxış sayı: 2. 078 dəfə baxılıb.

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi adını qazanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız yeddinci görüşlərindən də qalib ayrılıblar. Digər iki matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib. 

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən bir xal geri qalıb. Üçüncü yeri 14 xalla Belarus tutub.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan iki komanda ilə mabarizə aparıb. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə doqquz oyundan üçündə qalib gəlib, ikisində heç-heçə edib və dördündə uduzub. Aktivində səkkiz xalı olan komanda yarışı 29-cu yerdə bitirib.