06882114-ba58-4a57-a263-244cdd39cffb..jpg

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Baxış sayı: 946 dəfə baxılıb.

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə
dünya çempionatında növbəti oyunlarını keçirəcəklər.

“Report”un məlumatına görə, kişilərin yarışında rapid növündə VI, VII, VIII və
IX turun görüşləri, qadınların mübarizəsində V, VI, VII və VIII turun
qarşılaşmaları oynanılacaq.

Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif
Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla
Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım
Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edirlər.

Məmmədyarov hazırda 4 xalla 14-cü pillədə qərarlaşıb. Məmmədov 3,5 xalla
34-cü, Süleymanlı 3 xalla 46-cı, Durarbəyli 2,5 xalla 98-ci, eyni xala malik
Qədimbəyli 110-cu yerdədir. 2 xalı olan Muradlı və Əsədli müqaviq olaraq 114 və
116-cı sıradadırlar.

Qadınlardan Məmmədzadə dörd turdan sonra 3,5 xalla 6-cı, Balacayevə 3 xalla
12-ci, Məmmədova 2,5 xalla 22-ci, eyni xala malik Hacıyeva 24-cü, Fətəliyeva
27-ci pillədə qərarlaşıb. 1,5 xal toplayan Beydullayeva 65-cidir.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1
milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın)
mübarizə aparır.

Source link