3d72beeb-1410-473d-a9a9-3ece8345a14f..jpg

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Baxış sayı: 2. 239 dəfə baxılıb.

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli
olacaq

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə
dünya çempionatında növbəti oyunlarını keçirəcəklər.

“Report”un məlumatına görə, bu gün rapid növündə qaliblərin adına aydınlıq
gələcək.

Kişilərin yarışında X, XI, XII və XIII turun görüşləri, qadınların
mübarizəsində IX, X və XI turun qarşılaşmaları oynanılacaq.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov,
Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla
Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım
Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.

Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov
23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4,5 xalla 87-ci, Qədimbəyli eyni xalla
100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3,5 xalla 131-ci sıradadır.

Qadınlardan aktivində 5 xal olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva
4,5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci,
Beydullayeva 52-cidir.

Kişilərdə Norveçli Maqnus Karlsen 7,5 xalla liderdir. Qadınlardan çinli Tan
Çjunyi, rusiyalı Aleksandra Qoryaçkina və hindistanlı Savitha Şrinin 6,5 xalı
var.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1
milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın)
mübarizə aparır.

Source link