da7ba8e2-3b03-409f-ad56-799919de9edc..jpg

Azərbaycan şahmatçılarının iştirak etdikləri dünya çempionatına yekun vurulur

Baxış sayı: 2. 544 dəfə baxılıb.

Azərbaycan şahmatçılarının iştirak etdikləri dünya çempionatına yekun vurulur

Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatına bu gün
yekun vurulacaq.

“Report”un məlumatına görə, sonuncu yarış günündə blits növündə qaliblər
müəyyənləşəcəklər.

Kişilərin mübarizəsində son turun 9 oyunu, qadınların yarışında 8 qarşılaşma
keçiriləcək.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli,
Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay
Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər
Beydullayeva və Ləman Hacıyeva təmsil edirlər.

İlk 12 turdan sonra azərbaycanlı kişi şahmatçılar arasında ən yaxşı nəticə
göstərən Şəhriyar Məmmədyarovdur. Qrosmeysterimiz topladığı 8 xalla əlavə
əmsallara görə 16-cı sırada qərarlaşıb.

7,5 xal toplamış Rauf Məmmədov və Vüqar Əsədli uyğun olaraq 30 və 31-ci
sıradadırlar. Vasif Durarbəyli 7 xalla 44-cü, Aydın Süleymanlı 6,5 xalla 69-cu,
Məhəmməd Muradlı 6 xalla 85-ci, Abdulla Qədimbəyli isə 4,5 xalla 148-ci
sıradadır.

Qadınların yarışında isə 9 oyundan sonra 6 xal toplamış iki qrosmeyster –
Ülviyyə Fətəliyeva 14, Günay Məmmədzadə isə 15-ci sırada qərarlaşıb. Gövhər
Beydullayeva 4,5 xalla 48-ci, Gülnar Məmmədova 4 xalla 67-ci, eyni xala malik
Xanım Balacayeva əlavə əmsallara görə 70-ci, 3,5 xallı Ləman Hacıyeva isə
77-cidir.

Qeyd edək ki, dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Source link