d035c55e-e20c-4574-b3a9-71ca6ecfa134..jpg

Azərbaycan şahmatçısı dünya çempionu olub – FOTO

Baxış sayı: 578 dəfə baxılıb.

Azərbaycan şahmatçısı dünya çempionu olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar
arasında blits üzrə dünya çempionatı başa çatıb.

Cixisyolu.com xəbər verir ki, Şahmatçımız Məhəmməd Muradlı 11 oyundan 9,5 xal
toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya
çempionu tituluna yiyələnib.

Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən
1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva blits üzrə dünya çempionatında
bürünc medal qazanıb.

Xatırladaq ki, iki gün öncə rapid üzrə dünya çempionatında Azərbaycan
şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu
olub. Beləliklə Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal
əldə edib.

Faiq Tahirov

Source link