6d8d992c-bae5-4ff1-83f2-058b6229a435..jpg

Azərbaycan Serbiyadan alacağı habitsalarla arsenalını gücləndirəcək – FOTO

Baxış sayı: 728 dəfə baxılıb.

Azərbaycan Serbiyadan alacağı habitsalarla arsenalını gücləndirəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkəsi artıq özüyeriyən
artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb.

Artıq bu barədə məlumat “Defence Turk” “X” hesabında da dərc edilib.

Məlumata görə, söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon
dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsadan gedir.

Qeyd olunub ki, “Nora B52” özüyeriyən haubitsa düşmənin şəxsi heyətini,
artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış
sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub.

“Nora B52” haubitsa əsasən ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə
bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan
Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib.

“Nora B52” özüyeriyən haubitsa ilk növbədə, dost qoşunları aşkar və döyüş
vəziyyətini simulyasiya etməyə imkan verən, rabitəni sürətləndirən çoxsaylı
sensor və radarla təchiz edilib.

🔵🇦🇿Azerbaycan, 🇷🇸Sırbistan’dan 155mm Nora obüsü alıyor!

🔸Sırbistan Cumhurbaşkanı Aleksandar Vucic, Azerbaycan’ın 8×8 kamyona monteli
Nora obüsü tedarikini doğruladı. Açık kaynaklarda 48 adet obüs tedarikinin 339
milyon dolar değerinde olduğu aktarılıyor.pic.twitter.com/5n1zwZJQWl

— Defence Turk (@Defence_Turk) February 5, 2024

Mənbə: Caliber

Source link