Azərbaycan Serbiyadan alacağı haubitsalarla arsenalını gücləndirəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsi artıq özüyeriyən
artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb.
Artıq bu barədə məlumat “Defence Turk” “X” hesabında da dərc edilib.
Məlumata görə, söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon
dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsadan gedir.
Qeyd olunub ki, “Nora B52” özüyeriyən haubitsa düşmənin şəxsi heyətini,
artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış
sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub.
“Nora B52” haubitsa, əsasən, ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə
bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan
Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib.
“Nora B52” özüyeriyən haubitsa, ilk növbədə, rabitəni sürətləndirən, eləcə də
müttəfiq qoşunlarını təsbit etməyə, döyüş situasiyasının modelini qurmağa imkan
verən radar və sensorlarla təchiz olunub.
🔵🇦🇿Azerbaycan, 🇷🇸Sırbistan’dan 155mm Nora obüsü alıyor!
🔸Sırbistan Cumhurbaşkanı Aleksandar Vucic, Azerbaycan’ın 8×8 kamyona monteli
Nora obüsü tedarikini doğruladı. Açık kaynaklarda 48 adet obüs tedarikinin 339
milyon dolar değerinde olduğu aktarılıyor.pic.twitter.com/5n1zwZJQWl
— Defence Turk (@Defence_Turk) February 5, 2024
Mənbə: Caliber