d0291867-03bf-40c2-8100-9a6f9f1681e7..jpg

Azərbaycan startaplarının BƏƏ-də təqdimatı üçün qeydiyyatına başlanılıb

Baxış sayı: 749 dəfə baxılıb.

Azərbaycan startaplarının BƏƏ-də təqdimatı üçün qeydiyyatına başlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində
keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (AIM Congress) startaplar üçün
bir sıra imkanlar yaradacaq. Tədbir çərçivəsində startaplar üçün xüsusi proqram
(AIM Startup) nəzərdə tutulur. “AIM Startup” tədbiri startaplara layihəsini
xarici investorlara təqdim etmək, təcrübə mübadiləsi, əlaqələrini
genişləndirmək imkanı yaradacaq.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

“AIM Congress”ə qatılmaq üçün dünyanın 100-dən çox ölkəsində baş tutacaq milli
turda (The National Pitch Competition) hər ölkədən bir startap seçiləcək.
Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə peşəkar
münsiflər heyəti tərəfindən seçiləcək.

Milli tura “Pre-seed” və ya “Seed” mərhələsində olan startaplar müraciət edə
bilər. Tədbir zamanı startaplar beynəlxalq investorlardan 60 min dollara qədər
investisiya qazanmaq şansı əldə edəcəklər. Həmçinin ölkə üzrə milli turun
qalibinin “AIM Congress”də iştirak üçün aviabilet (gediş-dönüş), qonaqlama
xərcləri qarşılanacaq və startapını təqdim etmək üçün tədbir müddətində stend
ayrılacaqdır.

Son müraciət tarixi 30 mart 2024-cü il, saat 23:59-dur.

Müraciət üçün link: https://bit.ly/startupcompetition_aimcongress

Əlavə məlumat üçün: (+994 51) 206 52 65, [email protected]
, www.startup.aimcongress.com

Source link