db611c3f-3c8f-4a9e-b547-212b99d9b1b0..jpg

Azərbaycan təmsilçilərinin “Avroviziya”da neçənci yerdə çıxış edəcəyi məlum oldu

Baxış sayı: 593 dəfə baxılıb.

Azərbaycan təmsilçilərinin “Avroviziya”da neçənci yerdə çıxış edəcəyi məlum
oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar” mahnısı ilə
təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci
çıxacaqlar.

Cixisyolu.com xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat
paylaşılıb.

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final
isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya,
İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq,
Avstraliya, Moldova ilə yarışacaq.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya,
Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya,
Norveç, Latviya, San Marino mübarizə aparacaq.

Source link