aae4c815-8749-420a-8ee2-663fb02371e0..jpg

Azərbaycan Tacikistanla investisiyaların təşviqini müzakirə edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 581 dəfə baxılıb.

Azərbaycan Tacikistanla investisiyaların təşviqini müzakirə edib – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA Həftəsi
çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda
ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat naziri ölkəmizin Tacikistanla iqtisadi əlaqələrin inkişafına önəm
verdiyini diqqətə çatdırıb. SPECA Həftəsi çərçivəsində keçirilən İqtisadi Forum
və görüşlərin Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyi
bildirilib.

Qeyd olunub ki, iki ölkə arasında energetika, kənd təsərrüfatı, sənaye və
digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var.
Aqrar-sənaye klasterinin yaradılması kimi birgə layihələr hər iki ölkənin
iqtisadiyyatına töhfə verə bilər.

Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm
verdiyini qeyd edib, tərəfdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tranzit
sahəsi üzrə genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın
perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi,
biznes dialoqunun inkişafı və digər məsələlər müzakirə edilib.

18:56

Bakıda SPECA Həftəsi çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov
Tacikistanın İqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın
perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi,
biznes dialoqun genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi
aparılıb.

🇦🇿🇹🇯 Bakıda #SPECA
Həftəsi
çərçivəsində#Tacikistan
-ın
iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli və
beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri,#iqtisadi
-#ticarət

əlaqələrinin və#investisiya
-ların
təşviqi,#biznes
dialoqun…
pic.twitter.com/HWT5BrYzfW
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 22, 2023

Source link