Azərbaycan taekvondoçuları Açıq Avropa birinciliyini beş medalla başa vurublar
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında Açıq Avropa
birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan idmançıları bir qızıl, bir gümüş və
üç bürünc medal qazanıblar.
A kateqoriyasında 27 kiloqram çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub.
O, finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib.
Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub.
Yarışda bürünc medalları Harun Hüseynov (36 kiloqram), Zaur Hüseynov (36
kiloqram) və Nadir Paşayev (21 kiloqram, B kateqoriyası) qazanıblar.