b78b0c86-3581-479e-aa6f-d6f5330db36a..jpg

Azərbaycan taekvondoçuları Cənubi Koreyada hazırlıq keçirlər – FOTO

Baxış sayı: 636 dəfə baxılıb.

Azərbaycan taekvondoçuları Cənubi Koreyada hazırlıq keçirlər – FOTO

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada
təlim-məşq toplanışındadır.

Azərbaycan Taekvondo Federasiyasından verilən xəbərə görə, Yonqin şəhər
Universitetdə hazırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və Sənan Həşimov
rəhbərlik edirlər.

Məşqlərə Minaya Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidova
cəlb olunublar. Toplanışda millimizlə yanaşı Kanada, Seul, Jeju və digər yerli
bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.

Komanda məskunlaşdığı Çunçeon şəhərinin akademiyasında da hazırlıq keçir.
Oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin
keçirilməsi də planlaşdırılır.

Source link