5d7baaa1-ffbf-4b17-8cd2-cd0506fdba8e..jpg

Azərbaycan taekvondoçuları Gürcüstanda 12 medal qazandılar

Baxış sayı: 673 dəfə baxılıb.

Azərbaycan taekvondoçuları Gürcüstanda 12 medal qazandılar

Azərbaycan taekvondoçuları Gürcüstanda keçirilən Batumi açıq turnirində 12
medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Masallı Regional
Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin
yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov
(41 kq) üçüncü yeri tutub.

“Alpman” klubu ölkəyə 3 qızıl və 2 bürünc medalla qayıdıb. Uşaqlar arasında
Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Əzizə Məmmədova və Səidə Həsənova (47 kq)
fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar)
ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.

“Alov” Taekvondo Klubunun məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər
Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü
pillədə qərarlaşıb.

Digər medalları Gündüz Abdullayevin yetirməsi İbrahim Qədimov (54 kq, kişilər,
“Azəri” TK) və Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə ediblər.
Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.

Beləliklə, klublar 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla
Vətənə dönürlər.

Source link