0aba2a88-d143-4c36-a345-e6aed443b856..jpg

Azərbaycan taekvondoçusu Avropa çempionu olub – FOTO

Baxış sayı: 576 dəfə baxılıb.

Azərbaycan taekvondoçusu Avropa çempionu olub – FOTO

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu tituluna sahib olub.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində
Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.

“Report” xəbər verir ki, ilk mərhələdən azad olan 24 yaşlı taekvondçu
mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşdə danimarkalı Riski Farnesi
məğlub edib. Maqomedov ardınca Xristiyan Giorgiyevə (Bolqarıstan) eyni aqibəti
yaşadıb.

Taekvondoçumuz yarımfinalda Lev Korneyev (Serbiya) üzərində də inamlı qələbə
qazanıb. Qaşım finalda niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən
döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının
qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib.

Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında
medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi
ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və
Həmidreza Badrialiabadi (+80 kq) gümüş medallara yiyələniblər.

Estoniyada eyni zamanda keçirilən gənclərin Avropa çempionatını isə komandamız
iki medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq)
bürünc mükafatlar qazanıblar.

Beləliklə, 3 gün davam edən 2 Avropa çempionatında Azərbaycan taekvondoçuları
1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.

Source link