Azərbaycan taekvondoçusu “Prezident Kuboku” turnirində qızıl medal qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən beynəlxalq
“Prezident Kuboku” turnirində qızıl medal qazanıb.
Cixisyolu.com xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bütün
döyüşlərini qələbə ilə başa vurub.
O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi, cənubi
koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə
qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada keçirilən təlim-məşq
toplanışının ardından “Prezident Kuboku” turnirinə qatılıblar.