f3e33c5f-de02-407d-95a8-aa2c356acd6c..jpg

Azərbaycan taekvondoçusu Türkiyədə Prezident Kubokunun qalibi olub

Baxış sayı: 934 dəfə baxılıb.

Azərbaycan taekvondoçusu Türkiyədə Prezident Kubokunun qalibi olub

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident
kubokunu qızıl medalla başa vurub.

Taekvondo Federasiyasından verilən məlumata görə, 58 kq çəki dərəcəsində çıxış
edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda Azərbaycan himnini
səsləndirib.

1/16 final mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə
böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, ardınca
bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə
(Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov
yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə döyüşüb. Qələbə qazanan təmsilçimiz
finala yüksəlib.

Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş
üzərində inamlı qələbə qazanan millimizin üzvü çempion tituluna yiyələnib.

Qeyd edək ki, yığma bunun ardınca Türkiyə açıq çempionatında iştirak edəcək.

Source link