6704e1b2-bf6a-457a-a340-77ba56f069c9..jpg

Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Baxış sayı: 573 dəfə baxılıb.

Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına
lisenziya qazanıb.

Cixisyolu.com xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Çinin
Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar
Seriyasında imza atıb.

Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün
ən yüksək pilləsinə qalxıb.

Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala
yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib.
Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala
yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub.

Qeyd edək ki, bu, yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk
vəsiqəsidir.

Source link