ae6c785c-b973-4dce-8431-c592d346eab5..jpg

Azərbaycan televiziyası və radiosu gününə həsr edilmiş tədbir keçirilib – FOTO

Baxış sayı: 1. 616 dəfə baxılıb.

Azərbaycan televiziyası və radiosu gününə həsr edilmiş tədbir keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində bir sıra televizya işçiləri və Nazirliyin
nümayəndələrinin iştirakı ilə 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu
Gününə həsr edilmiş tədbir keçirilib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki,
müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o
cümlədən medianın inkişafına münbit zəmin yaradıb.

Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin
təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, televiziya və radio
xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri
yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət elm, təhsil
nümunələrini Azərbaycan izləyicisinə çatdırır. O cümlədən, iqtisadiyyatın
müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin,
sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin
mühüm töhfələri, böyük zəhməti var.

Elnur Əliyev İqtisadiyyat Nazirliyi adından bu sahədə əməyi olan bütün
teleradio işçilərinə təşəkkürünü ifadə edib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb. Televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına
göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək
qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da
səylə çalışacaqlarını bildiriblər.

Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə
gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya
işçiləri Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi
təqdim edilib.

Source link